İqtisadiyyat
Выбрать плеер:

SOCAR və “Srbijagas” arasında qaz təchizatı üzrə müqavilə | Yeni səhifələr açılır

26 сентября 2024

İkitərəfli enerji əməkdaşlığının inkişafı məqsədilə Belqradda səfərdə olan energetika naziri Pərviz Şahbazov ilə Serbiyanın mədənçilik və energetika naziri Dubravka Djedoviç Handanoviç arasında görüş olub.

Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli inkişafında Azərbaycan və Serbiya dövlət başçılarının dostluq əlaqələrinin mühüm rolu vurğulanıb.

P.Şahbazov deyib ki, Azərbaycan Avropaya qaz tədarükü bazarlarını genişləndirmək hədəfi çərçivəsində Serbiya ilə əməkdaşlıqdan məmnundur:

“Bu gün SOCAR və “Srbijagas” arasında qaz təchizatı üzrə yeni müqavilənin və iki ölkənin “yaşıl enerji” sahəsində əməkdaşlığına dair sənədin imzalanması enerji tərəfdaşlığımızı möhkəmləndirən yeni səhifə açır. Gələcəkdə qaz tədarükünü 1 milyard kubmetrə çatdırmaqla bağlı planlar, bərpa olunan enerji resurslarımızın tədarükü Serbiyanın enerji təchizatının şaxələnməsinə və enerji keçidinə töhfə verəcək”.

Serbiyanın mədənçilik və energetika naziri Dubravka Djedoviç Handanoviç bildirib ki, bu gün imzalanan sənədlərlə enerji sahəsində əməkdaşlığımız daha da güclənəcək:

“Yaşıl enerji” sahəsində əməkdaşlıq böyük əhəmiyyət kəsb edir və bu istiqamətdə Azərbaycan şirkətlərinin təcrübəsi ilə birgə həyata keçirə biləcəyimiz infrastruktur layihələri üçün güclü platforma qururuq.

“Yaşıl enerji” potensialımızın artırılması və sizin dəstəyinizlə həyata keçirdiyimiz qaz təchizatının diversifikasiyası üzrə vizyonumuz üst-üstə düşür. Təbii qaz və “yaşıl enerji” sahəsində əməkdaşlığımız Serbiyanın enerji təchizatına sabitlik və enerji təhlükəsizliyi gətirəcək”.

Yekunda SOCAR və “Srbijagas” arasında qaz təchizatı üzrə alqı-satqı müqaviləsi və “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Serbiya Respublikasının Mədənçilik və Energetika Nazirliyi arasında yaşıl enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.

Скопировано
Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir

Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir

İqtisadiyyat
06 октября 2024
Azərbaycanda plastik tullantılardan piroliz yağı istehsal ediləcək | Detallar açıqlandı

Azərbaycanda plastik tullantılardan piroliz yağı istehsal ediləcək | Detallar açıqlandı

İqtisadiyyat
05 октября 2024
SOCAR-ın karbamid zavodunda yeni sistem tətbiq edilir | Azad Hüseynov detalları açıqladı

SOCAR-ın karbamid zavodunda yeni sistem tətbiq edilir | Azad Hüseynov detalları açıqladı

İqtisadiyyat
04 октября 2024
Pərviz Şahbazov Braziliyada çıxış etdi | Azərbaycanın əsas məqsədi…

Pərviz Şahbazov Braziliyada çıxış etdi | Azərbaycanın əsas məqsədi…

İqtisadiyyat
04 октября 2024
SOCAR 2035-ci ilə qədər nələri planlaşdırır? | Hikmət Abdullayevdən açıqlama

SOCAR 2035-ci ilə qədər nələri planlaşdırır? | Hikmət Abdullayevdən açıqlama

İqtisadiyyat
03 октября 2024
SOCAR, BP və “Azərbaycan İnvestisiya Şirkəti” arasında saziş imzalandı

SOCAR, BP və “Azərbaycan İnvestisiya Şirkəti” arasında saziş imzalandı

İqtisadiyyat
03 октября 2024
Qloballaşan dünyada narahatlıq doğuran çağırışlar | Sahil Babayevdən mühüm açıqlama

Qloballaşan dünyada narahatlıq doğuran çağırışlar | Sahil Babayevdən mühüm açıqlama

İqtisadiyyat
03 октября 2024
SOCAR “Qazpromneft” ilə müzakirələr aparır | Maraq doğuran məsələlər

SOCAR “Qazpromneft” ilə müzakirələr aparır | Maraq doğuran məsələlər

İqtisadiyyat
03 октября 2024
Əgər tədbir görülməsə... | Muxtar Babayev insanları gözləyən problemlərdən danışdı

Əgər tədbir görülməsə... | Muxtar Babayev insanları gözləyən problemlərdən danışdı

İqtisadiyyat
02 октября 2024
Bank sektorunun payı nə qədərdir? - 2024-cü ilin 1-ci yarısı üzrə hesabat

Bank sektorunun payı nə qədərdir? - 2024-cü ilin 1-ci yarısı üzrə hesabat

İqtisadiyyat
02 октября 2024
Выбранные
icon