Bakı Ali Neft Məktəbində "SOCAR Hackathon 2025" tədbiri keçirildi - Baku TV
Bakı Ali Neft Məktəbində SOCAR-ın təşkilatçılığı və “Microsoft” şirkətinin rəsmi tərəfdaşlığı ilə “SOCAR Hackathon 2025” tədbiri keçirilib.
İki gün davam edən tədbirdə komandalar “süni intellekt mühəndisliyi” və “məlumat mühəndisliyi” istiqamətlərində yarışıblar.
Tədbirin ilk günündə iştirakçılar “Microsoft” şirkətinin “data və süni intellekt xidmətləri” mövzusunda təqdimatını dinləyib, yarışın məqsədləri, qiymətləndirmə meyarları və texniki imkanları ilə tanış olublar.
Daha sonra komandalar ideya mərhələsinə keçərək mentorların dəstəyi ilə problemlərə innovativ yanaşmalar üzərində çalışıblar.
“Hackathon”un ikinci günü komandalar layihələrini tamamlayaraq münsiflər heyətinə təqdim ediblər. Münsiflərin müzakirəsindən sonra qaliblər elan edilib.
“Süni intellekt mühəndisliyi” istiqaməti üzrə “Neon Tech” birinci, “Triangle” ikinci, “BitByte” komandası isə üçüncü yerə, “məlumat mühəndisliyi” istiqaməti üzrə isə “VSG” birinci, “NoWay” ikinci, “Osmos” komandası isə üçüncü yerə layiq görülüb.
