Выбрать плеер:

“Copilot Health” adlı yeni xidmət növü təqdim edildi

16 марта 2026 211 просмотров

"Microsoft" korporasiyası süni intellekt əsaslı yeni tibbi xidməti – "Copilot Health" alətini təqdim edib.

Bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.

Tətbiq "Microsoft Copilot" ekosisteminin bir hissəsi olacaq.

Yeni xidmət istifadəçilərə öz razılıqları əsasında tibbi məlumatlarını sistemə inteqrasiya etməyə imkan verəcək. Süni intellekt tibbi kartları, analiz nəticələrini, qəbul edilən dərmanlar haqqında məlumatları, həkim qeydlərini, həmçinin "Apple Watch" və "Fitbit" kimi cihazlardan daxil olan göstəriciləri analiz edə biləcək.

Toplanan məlumatlar əsasında çat-bot istifadəçinin simptomları və ümumi sağlamlıq vəziyyəti barədə fərdi tövsiyələr hazırlayacaq. İstifadəçi şəxsi məlumatlarını sistemə yükləməzsə, xidmət yalnız ümumi tibbi məsləhətlər təqdim edəcək.

Şirkətdən bildirilib ki, təhlükəsizlik məqsədilə bütün məlumatlar şifrələnəcək və tətbiqin digər hissələrindən tamamilə təcrid olunmuş şəkildə saxlanılacaq. İstifadəçilər öz tibbi məlumatlarını istədikləri zaman idarə edə və ya silə biləcəklər.

Xidmətin istifadəyə verilməsi ilkin mərhələdə ABŞ-də başlayacaq. Şirkət rəsmiləri bu alətin xüsusilə xroniki xəstəliklərdən əziyyət çəkən insanlar üçün faydalı olacağını vurğulayıblar.

Скопировано
“Bəşəriyyətin son imtahanı”nın nəticələri açıqlandı

“Bəşəriyyətin son imtahanı”nın nəticələri açıqlandı

Texnologiya
01 апреля 2026 211 просмотров
Bu funksiya uşaqlar və yeniyetmələrə mənfi təsir göstərə bilər

Bu funksiya uşaqlar və yeniyetmələrə mənfi təsir göstərə bilər

Texnologiya
28 марта 2026 211 просмотров
İstifadəçilər arasında süni intellektlə bağlı sorğu

İstifadəçilər arasında süni intellektlə bağlı sorğu

Texnologiya
24 марта 2026 211 просмотров
Smartfonlar üçün zərbədən və sudan daha təhlükəli amil

Smartfonlar üçün zərbədən və sudan daha təhlükəli amil

Texnologiya
23 марта 2026 211 просмотров
Süni intellekt inteqrasiyalı mobil qurğu səs köməkçisi ilə sinxron işləyəcək

Süni intellekt inteqrasiyalı mobil qurğu səs köməkçisi ilə sinxron işləyəcək

Texnologiya
22 марта 2026 211 просмотров
Qrup yazışmalarına üstünlük verənlər mütləq bilsin!

Qrup yazışmalarına üstünlük verənlər mütləq bilsin!

Texnologiya
21 марта 2026 211 просмотров
2025-ci ildə istehlakçı müraciətlərinin 30 faizi rəqəmsal sahə ilə bağlı olub

2025-ci ildə istehlakçı müraciətlərinin 30 faizi rəqəmsal sahə ilə bağlı olub

Texnologiya
12 марта 2026 211 просмотров
1,5 milyondan çox məlumat sızıntısı faktı aşkarlanıb

1,5 milyondan çox məlumat sızıntısı faktı aşkarlanıb

Texnologiya
12 марта 2026 211 просмотров
Qurğu orbitə 250 tona qədər yük qaldırmaq qabiliyyətinə malikdir

Qurğu orbitə 250 tona qədər yük qaldırmaq qabiliyyətinə malikdir

Texnologiya
08 марта 2026 211 просмотров
Süni intellekt insan kimi düşünəcək?

Süni intellekt insan kimi düşünəcək?

Texnologiya
08 марта 2026 211 просмотров
Выбранные
icon