Выбрать плеер:

Qazaxıstanda yeni superkompüter istifadəyə veriləcək

29 апреля 2026 178 просмотров

Qazaxıstanda tətbiq olunan süni intellekt sistemi insultdan ölüm hallarını 40 faiz azaldıb.

Bu barədə ölkənin Baş nazirinin müavini, rəqəmsal inkişaf naziri Jaslan Madiyev hökumətin iclasında məlumat verib.

Bildirilib ki, “Cerebra” süni intellekt sistemi kompüter tomoqrafiyası nəticələrini qısa müddətdə təhlil edərək insult diaqnozunun sürətini və dəqiqliyini artırır.

Sistem paytaxt Astana şəhəri ilə yanaşı, bir sıra vilayətlərdə də tətbiq olunur. 2025-ci il sentyabrın 1-dən etibarən 7600-dən çox xəstənin məlumatları təhlil edilib, nəticədə ölüm halları 40 faiz azalıb, vaxtında müalicə alanların sayı isə əhəmiyyətli dərəcədə artıb.

Bundan başqa bu ilin noyabrında Qazaxıstanın Kosşı şəhərində hazırda Almatıda fəaliyyət göstərən analoqundan daha çox gücə malik yeni superkompüter istifadəyə veriləcək.

Bu barədə məlumatların emalı üzrə yeni mərkəzlərin inşasına dair hökumət müşavirəsində məruzə edən “Kazaxtelekom” SC İdarə Heyətinin sədri Bağdat Musin bildirib.

“Kazaxtelekom” ölkənin ən böyük data mərkəzi şəbəkəsini idarə edir, onun 25 MVt gücündə 1700-dən çox server məntəqəsi var.

Скопировано
Beynəlxalq Valyuta Fondu kiberhücumlarla bağlı xəbərdarlıq edib

Beynəlxalq Valyuta Fondu kiberhücumlarla bağlı xəbərdarlıq edib

Texnologiya
09 мая 2026 178 просмотров
Humanoid KAI xidmət sektoru üçün nəzərdə tutulub

Humanoid KAI xidmət sektoru üçün nəzərdə tutulub

Texnologiya
03 мая 2026 178 просмотров
Süni intellektlə bağlı maraqlı eksperiment

Süni intellektlə bağlı maraqlı eksperiment

Texnologiya
29 апреля 2026 178 просмотров
Şəkil çəkdirməyi sevənlər üçün yeni platforma istifadəyə verilib

Şəkil çəkdirməyi sevənlər üçün yeni platforma istifadəyə verilib

Texnologiya
26 апреля 2026 178 просмотров
Tapşırıqlardan tez-tez imtina edənlər kimlər oldu?

Tapşırıqlardan tez-tez imtina edənlər kimlər oldu?

Texnologiya
19 апреля 2026 178 просмотров
Süni intellektin gələcəyini müəyyənləşdirmək olacaq

Süni intellektin gələcəyini müəyyənləşdirmək olacaq

Texnologiya
19 апреля 2026 178 просмотров
“Bəşəriyyətin son imtahanı”nın nəticələri açıqlandı

“Bəşəriyyətin son imtahanı”nın nəticələri açıqlandı

Texnologiya
01 апреля 2026 178 просмотров
Bu funksiya uşaqlar və yeniyetmələrə mənfi təsir göstərə bilər

Bu funksiya uşaqlar və yeniyetmələrə mənfi təsir göstərə bilər

Texnologiya
28 марта 2026 178 просмотров
İstifadəçilər arasında süni intellektlə bağlı sorğu

İstifadəçilər arasında süni intellektlə bağlı sorğu

Texnologiya
24 марта 2026 178 просмотров
Smartfonlar üçün zərbədən və sudan daha təhlükəli amil

Smartfonlar üçün zərbədən və sudan daha təhlükəli amil

Texnologiya
23 марта 2026 178 просмотров
Выбранные
icon