117 azərbaycanlı Rusiyadan çıxarıldı | Miqrantlara təzyiq niyə artdı?
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyada miqrantlara qarşı tətbiq olunan və sərtləşdirilən yeni qaydalarla ölkədən sənədləri qaydasında olmayan insanların deportasiyasına başlanılıb.
Rusiyanın Sverdlovsk vilayətinin məhkəmə icraçıları 2024-cü ildə 4200-dən çox qanunsuz miqrantı ölkəsinə geri göndərib ki, bu da 2023-cü illə müqayisədə 1872 nəfər çoxdur. Bu barədə ölkə mətbuatında məlumat verilib.
Bildirilib ki, 2024-cü ildə 1627 Tacikistan, 1531 Özbəkistan, 785 Qırğızıstan və 117 Azərbaycan vətəndaşı vilayətdən çıxarılıb. Yerdə qalanlar isə Seneqal, Vyetnam, Gürcüstan, Misir, Kamerun, Konqo, Çin vətəndaşlarıdır.
Qeyd edilib ki, bütün əcnəbilər Sverdlovsk vilayətinə işləmək üçün gələnlər olub. Bununla yanaşı, deportasiya qərarına əlavə olaraq, məhkəmə hər bir qeyri-qanuni miqrantı cərimələyib.
Qeyd edək ki, “Crocus City Hall” baş verən terror aktından və rusiyalı general İqor Kirillovun ölümündən sonra ölkədə miqrantlara təzyiqlər artıb. 2025-ci il yanvarın 1-də Rusiya Federasiyasında miqrasiya sahəsində yeni qaydalar qüvvəyə minib. Bu tarixdən etibarən Azərbaycan vətəndaşlarının Rusiya Federasiyası ərazisində müvəqqəti qalma müddəti bir təqvim ili ərzində cəmi 90 gün olacaq. Bununla yanaşı, rus dilini yaxşı səviyyədə bilmək öhdəliyi tətbiq ediləcək. Dil bilikləri imtahanından keçə bilməyən miqrantların uşaqlarına məktəbə qəbul qadağası qoyulub.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
