Pleyeri seçin:

"3340 əməliyyatı"nın sirri: 30 illik status-kvonu dağıdan gün | Savaşdan əvvəl nə baş verirdi?

27 sentyabr 2026

“Qarabağ xronikası”nın budəfəki buraxılışında 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük müharibəyə aparan siyasi və hərbi proseslər, eləcə də döyüşlərin ilk günündə Murovdağ istiqamətində əldə olunan nəticələr təhlil olunub.

Bildirilib ki, 2018-ci ildən sonra Ermənistanın Qarabağ məsələsində mövqeyi sərtləşib. Danışıqlar prosesi davam etsə də, separatçı qurumun danışıqlarda ayrıca iştirak etməsi tələbi, “Miatsum” və “Artsax Ermənistandır” kimi siyasi şüarlar, həmçinin hərbi ritorikanın güclənməsi prosesin gedişinə təsir edən əsas amillərdən olub.

Qeyd olunub ki, 2020-ci ilin iyulunda Tovuz döyüşlərindən sonra hərbi-siyasi gərginlik daha da artıb. Sentyabrın son günlərində tərəflərin qarşılıqlı ittihamları və hərbi hazırlıqla bağlı açıqlamalar fonunda sentyabrın 27-də genişmiqyaslı döyüşlər başlayıb.

Həmin gün Azərbaycan Ordusu Füzuli-Cəbrayıl istiqamətində bir sıra yaşayış məntəqələrini, şimal istiqamətində isə Murovdağ silsiləsində mühüm yüksəklik və keçidləri nəzarətə götürüb. Murov, Camışdağ və Ömər aşırımının ələ keçirilməsi müşahidə, logistika və manevr imkanları baxımından əhəmiyyətli nəticə yaradıb.

Beləliklə, 27 sentyabr illərlə davam edən nəticəsiz danışıqlar, dəyişməyən status-kvo və artan hərbi-siyasi gərginlikdən sonra yeni mərhələnin başlanğıcı oldu. Qarşıda isə 44 günlük müharibənin ağır döyüşləri və Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşanın azad olunması ilə nəticələnən proses vardı.

Azad edilmiş ərazilərdə həyat addım-addım bərpa olunur

Azad edilmiş ərazilərdə həyat addım-addım bərpa olunur

Siyasət
28 sentyabr 2026
Trampdan Putin və Zelenskiyə mesaj | Əraqçi Hörmüz böhranının həll yolunu açıqladı - YENİ BİR SƏHƏR

Trampdan Putin və Zelenskiyə mesaj | Əraqçi Hörmüz böhranının həll yolunu açıqladı - YENİ BİR SƏHƏR

Siyasət
28 sentyabr 2026
Qələbədən sonra azad olunan torpaqlarda hansı böyük dəyişikliklər baş verdi? - Baku TV

Qələbədən sonra azad olunan torpaqlarda hansı böyük dəyişikliklər baş verdi? - Baku TV

Siyasət
28 sentyabr 2026
Sosial şəbəkələrdə yayılan yalanların arxasında hansı məqsəd dayanır? - Baku TV

Sosial şəbəkələrdə yayılan yalanların arxasında hansı məqsəd dayanır? - Baku TV

Siyasət
27 sentyabr 2026
ABŞ və Çin arasındakı mübarizə dünyanı hansı istiqamətə aparır? - YEKUNLAŞDIRAQ

ABŞ və Çin arasındakı mübarizə dünyanı hansı istiqamətə aparır? - YEKUNLAŞDIRAQ

Siyasət
27 sentyabr 2026
Prezident İlham Əliyev şəhidlərin xatirəsini ehtiramla yad etdi | "Haber Global"dan süjet - Baku TV

Prezident İlham Əliyev şəhidlərin xatirəsini ehtiramla yad etdi | "Haber Global"dan süjet - Baku TV

Siyasət
27 sentyabr 2026
Gürcüstanın ərazi bütövlüyü ilə bağlı hansı mövqe dəyişməz qalır? - Baku TV CANLI

Gürcüstanın ərazi bütövlüyü ilə bağlı hansı mövqe dəyişməz qalır? - Baku TV CANLI

Siyasət
27 sentyabr 2026
BMT qətnamələrini özü icra edən Azərbaycan | Hərbi əməliyyatlara niyə ehtiyac yarandı? - Baku TV

BMT qətnamələrini özü icra edən Azərbaycan | Hərbi əməliyyatlara niyə ehtiyac yarandı? - Baku TV

Siyasət
27 sentyabr 2026
Bakıda insanlar şəhidləri yad etdi | Hərbi Memorial Məzarlıqda ziyarətçi sıxlığı - Baku TV

Bakıda insanlar şəhidləri yad etdi | Hərbi Memorial Məzarlıqda ziyarətçi sıxlığı - Baku TV

Siyasət
27 sentyabr 2026
Azərbaycan Ordusu Ermənistana yerini necə göstərdi? - Baku TV

Azərbaycan Ordusu Ermənistana yerini necə göstərdi? - Baku TV

Siyasət
27 sentyabr 2026
Seçilmişlər
icon