4 ölkənin müdafiə naziri Suriyadakı vəziyyəti müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Moskvada Rusiya, İran, Suriya və Türkiyənin müdafiə nazirləri arasında dördtərəfli danışıqlar keçirilib.
Danışıqlar zamanı Suriyada təhlükəsizliyin möhkəmləndirilməsi və Suriya-Türkiyə münasibətlərinin normallaşdırılması sahəsində əməli addımlar müzakirə edilib. Terror təhdidlərinin bütün təzahürlərinə qarşı mübarizə, Suriyada bütün ekstremist qruplarla mübarizə məsələlərinə xüsusi diqqət yetirilib.
Danışıqlardan sonra tərəflər Suriyanın ərazi bütövlüyünü qorumaq istəklərini, suriyalı qaçqınların vətənlərinə tezliklə qayıtması üçün səylərin gücləndirilməsinin zəruriliyini bir daha təsdiqləyiblər. Müdafiə nazirləri bu formatda keçirilən dialoqun konstruktiv xarakterini, Suriyada və bütövlükdə regionda vəziyyətin daha da sabitləşdirilməsi maraqları naminə davam etdirilməsinin vacib olduğunu bildiriblər.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu iranlı, suriyalı və türkiyəli həmkarları ilə ikitərəfli danışıqlar da aparıb. Görüşlər zamanı ikitərəfli əməkdaşlığın aktual məsələləri, o cümlədən qlobal və regional təhlükəsizliyin təmin edilməsinin müxtəlif aspektləri müzakirə olunub.
#Moskva teqi istifadə olunub
- Moskvada rekord istilər davam edir, sakinlər günəşli payız havasından həzz alır
- Üç gündür davam edən dron təhlükəsi: Moskvada nələr yaşanır? - Baku TV CANLI
- Moskvada qorxulu anlar | Rusiya-Ukrayna müharibəsində son vəziyyət - Baku TV CANLI
- Rusiya ilə Litva arasında gərginliyin artma səbəbi nədir? - Baku TV CANLI
- Moskva səmasında görünməmiş PUA hücumu - Baku TV CANLI
