ABŞ və Azərbaycan əlaqələri strateji tərəfdaşlıq formatına keçir
Yeniliklərdən dərhal xəbərdar olun
“Bu, mənim Prezident Trampla birinci görüşümdür. Görüş çox səmimi şəkildə keçdi”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda Azərbaycan mətbuatına müsahibəsində deyib.
Dövlət başçısı qeyd edib ki, Tramp Azərbaycan haqqında çox məlumatlıdır: “Sözün düzü, onun Azərbaycanla bağlı bildikləri məni təəccübləndirdi. O, bir çox məsələləri dərindən bilir. Cənab Tramp Azərbaycanın önəmini, onun geosiyasi əhəmiyyətini, Azərbaycanın ABŞ-yə həmişə dost ölkə olmasını çox yaxşı bilir. Əlbəttə ki, bizim münasibətlərimizdə şəxsi təmaslar önəmli rol oynayacaq”.
Prezident həmçinin 907-ci düzəlişin ləğvinin tarixi hadisə olduğunu bildirib: “Hesab edirəm ki, artıq strateji əməkdaşlıq formatına başlamağımız da tarixi hadisədir. Mən səfərin nəticələrindən çox məmnunam. Əminəm ki, səfərin konkret nəticələri yaxın gələcəkdə özünü büruzə verəcək”.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
