Pleyeri seçin:
Almaniya Prezidenti Frank Valter Ştaynmayer Azərbaycana rəsmi səfərə gəlib
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer aprelin 1-də Azərbaycana rəsmi səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Almaniya Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.
Kopyalandı
