Amfibiya tipli təyyarə meşə yanğınlarının söndürülməsi üçün İzmirə yola salındı
Yeniliklərdən dərhal xəbərdar olun
Sabah səhər saatlarında Türkiyədə meşə yanğınının söndürülməsinə dəstək verəcəyik.
Bunu jurnalistlərə açıqlamasında FHN-in Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsinin kapitanı Nizami Qəhrəmanov deyib.
“Bildiyiniz kimi, qardaş Türkiyənin İzmir şəhərində meşə yanğınları baş verib. Möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi Türkiyəyə yola düşür. Təxminən beş saat sonra təyyarəmiz İzmir hava limanında yerə enəcək. Səhər saatlarında yanğının söndürülməsinə dəstək verəcəyik”, – o bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü meşə yanğınları ilə mübarizədə qardaş ölkəyə köməklik məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələri hazırlıq vəziyyətinə gətirilib.
#Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) teqi istifadə olunub
- Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV
- Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV CANLI
- SOCAR-ın neft emalı zavodunda şərti yanğın söndürüldü, tapşırıqlar verildi - Baku TV
- Bakıda yaşayış binasında dəhşətə gətirən yanğın baş verdi - Baku TV CANLI
- Bakıda yaşayış binasında qorxulu anlar yaşandı | Hadisə yerindən görüntülər - Baku TV
