Ayxan Hacızadədən Aİ nümayəndəsinin iddialarına cavab
Yeniliklərdən dərhal xəbərdar olun
“Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stanonun səsləndirdiyi qərəzli və qəbuledilməz bəyanatı tamamilə rədd edirik”.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadənin Avropa İttifaqının rəsmisi Peter Stanonun Azərbaycanda insan hüquqlarının vəziyyəti barədə iddiaların əks olunduğu bəyanatına dair şərhində bildirilib.
“Aİ nümayəndəsinin bəyanatı Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı reallıqdan uzaq olmaqla yanaşı, açıq-aşkar saxtakarlıqlarla doludur. Cinayət işlərinin və təhqiqatların, habelə məhkəmə qərarlarının nəticələrini gözləmək əvəzinə, təqsirləndirilən şəxslərin azad edilməsi üçün Azərbaycana çağırışların edilməsi hüquqi prosedurlarla açıq ziddiyyət təşkil edir”, – deyə XİN rəsmisi qeyd edib.
Ayxan Hacızadə bildirib ki, saxlanılan şəxslərin tibbi və digər yardımdan məhrum edilməsi ilə bağlı iddiaların heç bir əsası yoxdur.
“Aİ tərəfinin istinad etdiyi bütün şəxslər qanunla müəyyən edilmiş qayda və çərçivədə lazımi yardımla təmin olunurlar. Aİ-nin bir sıra Avropa ölkələri və siyasətçilərinin siyasi baxımdan verdikləri üstünlüklər əsasında müəyyən şəxsləri əfv etmək üçün əsassız ictimai tələbləri Avropanın qanunun aliliyinə həqiqətən sadiq olduğunu şübhə altına alır”, – deyə Ayxan Hacızadə əlavə edib.
#Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) teqi istifadə olunub
- "Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk" | XİN - Baku TV
- Almaniya Azərbaycanı regionun əsas strateji tərəfdaşı kimi görür - Baku TV
- Azərbaycanla bağlantı təmin olunmasa, layihənin heç bir məntiqi yoxdur | Ceyhun Bayramov- Baku TV
- Bakı və Berlin iqtisadi danışıqların keçirilməsi barədə razılığa gəlib - Baku TV
- Azərbaycan və Almaniya XİN rəhbərlərindən mətbuata açıqlamalar - Baku TV CANLI
