Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
“Burada xəritəyə baxsanız görərsiniz ki, Azərbaycandan yan keçmək çox çətindir. Xüsusilə xəritəyə infrastrukturu, sərmayələri, müasir infrastrukturu, üstəgəl siyasi infrastrukturu əlavə etdikdə. Çünki bağlantı istiqamətində hər hansı bir rola malik olmaq üçün sizin qonşularınızla və qonşularınızın qonşuları ilə yaxşı münasibətləriniz olmalıdır və bu da baş verdi”.
Bu sözləri Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib.
“Beləliklə, iqtisadi potensialımız, fəal xarici siyasətimiz, inklüziv cəmiyyətimiz, multikulturalizm və mədəniyyətlərarası dialoq üzrə ənənələrimiz – bütün bunlar bizə nikbin baxmaq üçün bir sinerji yaradır.
Lakin buna baxmayaraq, biz proqnozlaşdırılması çətin olan dünyada yaşayırıq. Harada ki, artıq qeyd etdiyim kimi, münaqişələr başlayır və heç vaxt bitmir. Buna görə, sözsüz ki, biz həmişə potensial risklərə qarşı çox diqqətli olmalıyıq və özümüzü istənilən potensial mürəkkəbliklərdən qorumalıyıq”, – deyə dövlət başçısı qeyd edib.
