Pleyeri seçin:
Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimlərdə iştirak edəcək
Türkiyənin Marmaris şəhərində aprelin 30-dək keçiriləcək “KURTARAN-2025” adlı beynəlxalq təlimlərdə iştirak etmək məqsədilə Azərbaycan hərbçiləri qardaş ölkəyə yola düşüb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, təlimlərdə Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələrinin, Quru Qoşunlarının, Hərbi Hava Qüvvələrinin və Sahil Mühafizə Qüvvələrinin iştirakı nəzərdə tutulub. Həmçinin təlimlər zamanı “Yüksək səviyyəli müşahidəçi günü”nün keçirilməsi də planlaşdırılıb.
Plana uyğun olaraq, təlimlər çərçivəsində müxtəlif qoşun növləri qarşılıqlı əlaqədə qarşıya qoyulmuş tapşırıqları icra edəcəklər.
Kopyalandı
#Azərbaycan Ordusu teqi istifadə olunub
- 30 illik qarşıdurmaya son qoyan əməliyyatın hərbi anatomiyası - QARABAĞ XRONİKASI
- Azərbaycan Ordusu tarix yazdı | Ermənistan sülhə necə məcbur edildi? - Baku TV
- Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür - Baku TV CANLI
- Müdafiə Nazirliyi ordumuzun yeni tədris dövrünə başlaması barədə məlumat yaydı - Baku TV CANLI
- Qarabağ məsələsi həll olunubsa, Azərbaycan Ordusu hansı təhlükələrə qarşı gücləndirilir?
