Azərbaycan Ordusu bu ölkələrin orduları ilə birgə təlim keçəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan müdafiə nazirlikləri arasında imzalanan birgə plana əsasən, Qazaxıstanın Aktau şəhərində “Birləşdik-2024” əməliyyat-taktiki komanda-qərargah təliminin planlaşdırma konfransı keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi konfransda təlimə hazırlıq və icra olunacaq tapşırıqlarla bağlı bir sıra məsələlər müzakirə olunub.
Qeyd edək ki, cari ilin iyul ayında Qazaxıstan Respublikasının “Oymaşa” təlim poliqonu, eləcə də Xəzər dənizinin akvatoriyasında yerləşən Tokmak Burnunda keçiriləcək təlimdə “Silahlı münaqişələrin yerinin müəyyən edilməsi istiqamətində təlim-döyüş tapşırıqlarının icrası” üzrə fəaliyyətlər yerinə yetiriləcək.
#Azərbaycan Ordusu teqi istifadə olunub
- 62 nəfərlik qrupun aqibəti - QARABAĞ XRONİKASI
- Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür - Baku TV
- Oktyabrın 17-si Füzuli Şəhəri Günüdür - Baku TV
- Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? - QARABAĞ XRONİKASI
- Azərbaycanın yeni müdafiə strategiyası: ordu üçün nə dəyişəcək? - AKTUAL GÜNDƏM
