Pleyeri seçin:

Azərbaycan Pakistana nə qədər sərmayə ayıracaq? | Pakistanlı mütəxəssisdən açıqlama

11 iyul 2024 178 baxış

“Pakistan və Azərbaycan bir-birinə çox yaxın olan və ən kritik anlarda çiyin-çiyinə hərəkət edən iki qardaş dövlətdir. İlham Əliyevin təyyarəsinin Pakistan qırıcıları ilə müşayiət olunması, Baş nazir Şahbaz Şərifin ali qonağı hava limanında şəxsən qarşılaması bu qardaşlığın, tarixi və mənəvi bağlılığın ən möhtəşəm göstəricisidir. Cənab İ.Əliyev hansısa xarici ölkəyə yox, öz qardaş dövlətinə qonaq gəlib. Biz bunu belə dəyərləndiririk”.

Bu sözləri Azərbaycan və MDB, Çin və BRİKS ölkələri üzrə pakistanlı mütəxəssis Mahmud Həsən deyib.

“Sonuncu Qarabağ müharibəsi ölkələrimiz üçün növbəti sınaq idi və üç qardaş ölkə – Türkiyə, Azərbaycan və Pakistan bu sınaqdan qələbə ilə çıxdı. Əldə olunan qələbə ölkələrimiz arasında əlaqələri bütün sahələrdə yeni səviyyəyə qaldırdı. İndi isə dünyanın keçdiyi çalxantılı mərhələ qarşımıza yeni təhlükələr və risklər çıxarır. Bu mərhələni isə ancaq bir hərəkət etməklə keçmək mümkündür.

Ona görə də səfər zamanı enerjidən tutmuş müdafiə sahəsinədək bir çox sahələrdəki məsələlərin gündəm mövzusu olacağını düşünürəm. Eyni zamanda bildiyimiz kimi, ŞƏT-in Astanada keçirilən Zirvə görüşündə Azərbaycan, Pakistan və Türkiyə prezidentləri arasında bəyannamə imzalandı. Yəqin bəyannamədən irəli gələn məsələlər də gündəmdə olacaq.

Bu yaxınlarda Azərbaycanın maliyyə naziri Samir Şərifov ölkəmizdə olub və ikitərəfli görüşlər zamanı Preferensial Ticarət Sazişinin və İkitərəfli Tranzit Ticarət Sazişinin ən qısa zamanda imzalanması ilə bağlı müzakirələr aparılıb.

Eyni zamanda ölkələrimiz arasında gediş-gəliş qaydalarının asanlaşdırılması, asan viza siyasəti, mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlıq, sosial-iqtisadi əlaqələrin və s. genişləndirilməsi, ikitərəfli sərmayə qoyuluşu barədə atılacaq addımlar müzakirə edilib. Azərbaycanın hazırda Pakistana 2-3 milyard dollar dəyərində sərmayə qoyulması ilə bağlı planları da var.

Yəqin ki, səfər zamanı sadaladığımız sahələrdə indiyədək aparılan işlər sayəsində hazırlanan müqavilə və sazişlər imzalanacaq. Bununla yanaşı, ölkələrimiz Çinin “Bir kəmər, bir yol” layihəsinin reallaşmasında da maraqlıdırlar”, – deyə o bildirib.

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 178 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 178 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 178 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 178 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 178 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 178 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 178 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 178 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 178 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 178 baxış
Seçilmişlər
icon