Azərbaycan və İran XİN rəhbərləri nəyi müzakirə etdilər? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Martın 30-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.
Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı daha da gərginləşməkdə olan regional vəziyyətdən dərin narahatlıq ifadə olunub. Bölgədə hərbi toqquşmaların tezliklə dayandırılması istiqamətində diplomatik səylərin artırılmasının vacibliyi vurğulanıb.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, eyni tarixdə Türkiyənin xarici işlər naziri Hakan Fidanla Abbas Əraqçi arasında telefon danışığı olub. İran xarici işlər naziri bu barədə özünün "Telegram" kanalında məlumat yayıb.
Bildirilib ki, diplomatlar ABŞ ilə İsrailin İrana hücumlarının nəticələrini müzakirə ediblər. Qeyd olunub ki, söhbət əsnasında regionda cərəyan edən son hadisələr ətrafında fikir mübadiləsi aparılıb.
#Ceyhun Bayramov teqi istifadə olunub
- Niderland Azərbaycana minatəmizləmə sahəsində dəstək göstərəcək - Baku TV
- Enerjidən rəqəmsal xidmətlərədək | İqtisadi əlaqələr hansı sahələrdə genişlənə bilər? - Baku TV
- "Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- Bakı və Vaşinqton arasında vacib telefon danışığı | Tərəflər nələri müzakirə etdi? - Baku TV
