Pleyeri seçin:
Azərbaycan və İtaliya arasında "Qərargah danışıqları" | Detallar açıqlandı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan Müdafiə Nazirliyi ilə İtaliya Baş Qərargahı arasında imzalanmış ikitərəfli əməkdaşlıq Planı”na əsasən, Bakıda “Qərargah danışıqları” keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Görüşdə cari dövrdə həm regional, həm də beynəlxalq təhlükəsizliyin önəmindən danışan tərəflər dünyada sülhün təmin olunması üçün birgə çalışmağın əhəmiyyətini vurğulayıblar.
Azərbaycan və İtaliyanın hərb sahəsində qurulan əlaqələrinin cari vəziyyəti və inkişaf perspektivləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Hərbi-texniki, hərbi təhsil sahələri üzrə əməkdaşlıq fəaliyyətləri təhlil olunub. Görüşün sonunda protokollar imzalanıb.
Kopyalandı
#İtaliya teqi istifadə olunub
- İtaliyanın müxtəlif şəhərlərində etirazçılarla polislər arasında toqquşmalar yaşanıb - Baku TV
- SOCAR "Eni" şirkəti ilə üçüncü ölkələrdə birgə layihələrdə əməkdaşlığı müzakirə edib - Baku TV
- İtaliyada nə baş verir? | Aksiyaların miqyası genişlənir - Baku TV CANLI
- Köhnə qitə niyə xaosa sürüklənir? | Avropada nə baş verir? - Baku TV
- Tələbələr təhsilə daha çox vəsait ayrılmasını tələb edirlər
