Pleyeri seçin:
Azərbaycan və Laos mina təhlükəsinə qarşı təcrübə mübadiləsi aparacaq - Baku TV
“Əfsuslar olsun ki, bizi bir ciddi problem də birləşdirir, o da minalardır”.
Bunu Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında deyib.
“Cənab Prezident mənə bildirdi ki, baxmayaraq, onların müharibəsindən bir neçə onillik keçib, amma bu günə qədər insanlar minalardan əziyyət çəkirlər və öz həyatlarını, sağlamlıqlarını itirirlər. Mən də bildirdim ki, Ermənistanın işğalı nəticəsində torpağımızda 1 milyondan çox mina basdırılıb və son 5-6 il ərzində 400-dən çox azərbaycanlı ya həyatını itirib, ya da ki, ağır yaralanıb. Məncə burada da həm təcrübə mübadiləsi faydalı ola bilər, eyni zamanda bu sahədə yeni texnologiyaların tətbiqi, treninqlər də çox böyük önəm daşıyır”, – deyə dövlət başçısı qeyd edib.
Kopyalandı
#İlham Əliyev teqi istifadə olunub
- Energetika, mədənçilik və kənd təsərrüfatında imkanlar müzakirə edilib - Baku TV
- Laos-Azərbaycan biznes-forumu bu istiqamətdə önəmli addım olacaq | İlham Əliyev - Baku TV
- Azərbaycan investisiyaları yeni iş yerləri və istehsal sahələri yaradır - Baku TV
- Dəyişən Bakı, qorunan ənənələr | Laos Prezidenti Bakıda böyük dəyişikliklərin olduğunu vurğuladı
- İkitərəfli əlaqələrin iqtisadi və humanitar sahələrdə genişlənməsi hədəflənir - Baku TV
