Pleyeri seçin:
Azərbaycan və Mərakeş arasında mühüm hərbi saziş imzalandı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Mərakeş Krallığının Hökumət Başçısı yanında Milli Müdafiə Administrasiyası üzrə səlahiyyətli naziri Abdellatif Ludiyinin dəvəti ilə Mərakeşdə işgüzar səfərdədir.
Səfər çərçivəsində Zakir Həsənov mərakeşli həmkarı ilə görüşüb.
Müdafiə naziri “Mərakeş Aviaşou 2024” sərgisinə dəvətə görə həmkarına təşəkkür edib.
Görüşdə Azərbaycanla Mərakeş arasında hərbi, hərbi-texniki əlaqələrin inkişaf perspektivləri müzakirə olunub, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində “Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında müdafiə sahəsində hərbi əməkdaşlıq haqqında Saziş” imzalanıb.
Kopyalandı
#Mərakeş teqi istifadə olunub
- 10 min miqrant hələ də anklavdadır
- Mərakeş və İspaniya arasında miqrant böhranı davam edir
- İnsanlar niyə sərhədə axın etdi? - Avropada miqrasiya böhranının görünməyən üzü - Baku TV
- Seutadakı hadisələr İspaniyanı silkələdi | Kraldan sərt etiraz - Baku TV
- Seuta anklavından miqrantlar Mərakeşə qaytarılıb
