Azərbaycan və Qazaxıstan XİN-ləri birgə Fəaliyyət Planı imzaladı
Yeniliklərdən dərhal xəbərdar olun
Astanada Azərbaycan və Qazaxıstanın xarici işlər nazirlikləri arasında Fəaliyyət Planı imzalanıb.
Sənəd Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və qazaxıstanlı həmkarı Murat Nurtleunun genişləndirilmiş tərkibdəki görüşünün yekunları üzrə imzalanıb.
Görüşdən sonra media qarşısına çıxan xarici işlər nazirləri ikitərəfli münasibətlərdən razılıq ifadə ediblər.
Murat Nurtleu Qazaxıstanın Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə sədrlik prioritetlərini dəstəklədiyini bildirib.
O qeyd edib ki, Qazaxıstanın təşəbbüsü ilə yaradılmış bu forum regional təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsi üçün zəruri olan dialoq platformasına çevrilib.
Nurtleu həmçinin vurğulayıb ki, Qazaxıstan bu forumun beynəlxalq təşkilata çevrilməsi istiqamətində birgə işi davam etdirməyə hazırdır.
O həmçinin Almatıda Mərkəzi Asiya və Əfqanıstan üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə BMT-nin regional mərkəzinin yaradılması haqqında BMT Baş Assambleyasının qətnaməsini dəstəklədiyinə görə Azərbaycana təşəkkürünü bildirib. Bu qətnaməyə 152 ölkə qoşulub.
#Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) teqi istifadə olunub
- Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV
- "Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında
- Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV
- Prezident Bakıda FIFA U-15 finalçılarını mükafatlandıracaq - Baku TV
- Azərbaycan XİN İspaniyada baş verən qatar faciəsi ilə bağlı başsağlığı verib - Baku TV
