Azərbaycan və Rumıniya XİN başçıları nələri müzakirə etdi?
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində rumıniyalı həmkarı Oana-Silvia Toiu ilə görüşüb. Baku TV-nin xəbərinə görə, görüşdə iki ölkə arasındakı strateji tərəfdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri geniş müzakirə olunub. Tərəflər xüsusilə enerji təhlükəsizliyi, bərpaolunan enerji layihələri (o cümədən Qara dəniz sualtı elektrik kabeli) və Orta Dəhliz vasitəsilə nəqliyyat bağlantılarının gücləndirilməsi məsələlərinə diqqət yetiriblər. Həmçinin, Azərbaycan və Ermənistan arasındakı sülh prosesi, regionda münaqişədən sonrakı bərpa işləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə kənd təsərrüfatı, təhsil və turizm sahələrində də ticarət dövriyyəsinin artırılması üçün böyük potensialın olduğu vurğulanıb.
#Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) teqi istifadə olunub
- Niderland Azərbaycana minatəmizləmə sahəsində dəstək göstərəcək - Baku TV
- Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI
- Üç vətəndaşımızın hamısı xilas edilib | XİN hücumun təfərrüatlarını açıqlayıb - Baku TV
- Enerjidən rəqəmsal xidmətlərədək | İqtisadi əlaqələr hansı sahələrdə genişlənə bilər? - Baku TV
- "Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV
