Azərbaycan və Serbiya arasında son illər... | Nazirdən vacib açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Serbiya və Azərbaycan arasında olan strateji tərəfdaşlıq münasibətlərinin göstəricisi iki ölkə arasında mütəmadi keçirilən görüşlərdir”.
Bu sözləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Serbiya xarici işlər naziri Marko Curiçlə birgə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
“Azərbaycan və Serbiya dövlət başçılarının iştirakı ilə son illərdə ölkələrimiz arasında mühüm sənədlər imzalanıb”, – C.Bayramov bildirib.
Nazir qeyd edib ki, müzakirələr kontekstində ikitərəfli münasibətlərdən əlavə olaraq, beynəlxalq təşkilatlarda aparılan əməkdaşlıq da müzakirə edilib.
“Azərbaycan-Serbiya münasibətlərində hər zaman qarşılıqlı dəstək və hörmət, bir-birinin daxili işlərinə qarışmamaq önəmli məqamlardan biridir”, – o əlavə edib.
#Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) teqi istifadə olunub
- Niderland Azərbaycana minatəmizləmə sahəsində dəstək göstərəcək - Baku TV
- Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI
- Üç vətəndaşımızın hamısı xilas edilib | XİN hücumun təfərrüatlarını açıqlayıb - Baku TV
- Enerjidən rəqəmsal xidmətlərədək | İqtisadi əlaqələr hansı sahələrdə genişlənə bilər? - Baku TV
- "Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV
