Pleyeri seçin:
Azərbaycan və Serbiya hərbi nümayəndələri arasında görüş keçirilib
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda iki ölkənin Müdafiə Nazirliyinin əməkdaşları arasında görüş keçirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nazirliyin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə tərəflər birgə əməkdaşlıq çərçivəsində görülən işlərin cari vəziyyətini təhlil edib, perspektiv planlara dair müzakirələr aparıblar. Qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da ətraflı danışılıb.
Kopyalandı
