Pleyeri seçin:

Azərbaycan və Türkiyə ordusunun birgə təlimi keçirələcək

28 avqust 2023 406 baxış

Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Ordusunun Baş Qərargahında təntənəli qarşılanma mərasimi olub.

Müdafiə Nazirliyinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev türkiyəli həmkarı ilə görüşüb.

M.Gürakı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. Azərbaycan Ordusunun Baş Qərargah rəisi “Pençe-Kilit” antiterror əməliyyatlarının aparıldığı bölgədə şanlı türk ordusunun hərbi qulluqçusunun şəhid olması ilə bağlı türkiyəli həmkarına başsağlığı verib.

Qardaş ölkə ilə birgə keçirilən ikitərəfli və çoxmillətli təlimlərin hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərdiyi xüsusi vurğulanıb.

Ordu generalı M.Gürak Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi kimi ilk olaraq Azərbaycana rəsmi səfərindən məmnunluğunu bildirib.

Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə cari ildə və 2024-cü ildə keçirilməsi planlaşdırılan birgə tədbirlərin əhəmiyyətini qeyd edib.

Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində görülən işlərin nəticələri müzakirə olunub, bu fəaliyyətlərin daha intensiv şəkildə həyata keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 406 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 406 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 406 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 406 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 406 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 406 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 406 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 406 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 406 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 406 baxış
Seçilmişlər
icon