Azərbaycan və Ukrayna arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın Ujqorod şəhərində Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın 14-cü iclası keçirilib.
İclasda iki ölkə arasında siyasi münasibətlər, ticarət-iqtisadi, investisiya, enerji, nəqliyyat, texnologiya və innovasiya, mədəniyyət, elm və təhsil, turizm və digər sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
Bildirilib ki, 2026-cı ilin səkkiz ayında ticarət dövriyyəsi 10,5 faiz, Azərbaycanın Ukraynaya ixracı isə 17 faiz artıb. Qarşılıqlı investisiyaların ümumi həcmi 513,5 milyon ABŞ dollarına çatıb. Azərbaycanda Ukrayna investisiyalı 290 kommersiya qurumu fəaliyyət göstərir.
İclasda həmçinin Azərbaycanın Ukraynaya humanitar və bərpa dəstəyi də müzakirə edilib. Bildirilib ki, müharibənin başlanmasından indiyədək Azərbaycanın humanitar, reabilitasiya və bərpa yardımlarının ümumi həcmi təxminən 52 milyon dollara çatıb.
Müzakirələrdən sonra Hökumətlərarası Komissiyanın iclasının yekunlarına dair Protokol imzalanıb. Həmçinin 2026-2027-ci illər üçün 14 istiqamət üzrə tədbirləri əhatə edən Fəaliyyət Planı qəbul edilib.
#Azərbaycan Respublikasının Energetika Nazirliyi teqi istifadə olunub
- Özəl sektor və birgə investisiyalar ön plana çıxıb | Hansı layihələr reallaşa bilər? - Baku TV
- Süni intellekt enerji sektorunda | Şagirdlər hansı həlləri təqdim edəcəklər? - Baku TV
- SOCAR-ın neft hasilatı və ixracı ilə bağlı göstəricilər məlum olub - Baku TV
- Azərbaycan və Türkiyənin yeni enerji planı nədir? - Baku TV
- 54 nəfər enerji idarəçisi müəyyən edilib - Baku TV
