Pleyeri seçin:
Azərbaycandan Türkiyəyə dəstək | Əli Əsədov və Türkiyənin vitse-prezidenti arasında mühüm zəng
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Baş naziri Əli Əsədov ilə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz arasında telefon danışığı olub.
Danışıq zamanı İstanbulda baş vermiş silsilə zəlzələ ilə bağlı narahatlıq ifadə olunub, Azərbaycanın hər zaman olduğu kimi, bu çətin məqamda da qardaş Türkiyənin yanında olduğu bildirilib.
Hazırda Türkiyənin aidiyyəti qurumları tərəfindən bölgədə qiymətləndirmə, həmçinin zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində aparılan tədbirlər müzakirə olunub.
Qeyd edək ki, İstanbulda 3,9 və 6,2 maqnitudalı iki zəlzələ qeydə alınıb. Zəlzələ ilə əlaqədar 150-dən çox insan xəsarət alıb.
Kopyalandı
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
