Azərbaycanı gözdən salmaq istəyənlərin planı boşa çıxdı
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Rabitə İdarəsinin Dezinformasiyaya qarşı Mübarizə Mərkəzi, Azərbaycana qarşı yönəldilmiş saxta xəbərlər kampaniyasının iflasa uğradığını bəyan edib. Qurum, bəzi sosial media hesablarında yayılan, guya "İsrailin 7 oktyabr soyqırımının ildönümündə Azərbaycanda bayraqların yarıya endirilməsi" barədə iddiaların tamamilə dezinformasiya olduğunu təsdiqləyib. Mərkəz bildirib ki, bu yalan məlumatlar Azərbaycanı Fələstin əleyhdarı kimi göstərmək, iki qardaş ölkə - Türkiyə və Azərbaycan münasibətlərinə xələl gətirmək və Türk-İslam dünyasındakı həmrəyliyi sarsıtmaq məqsədi daşıyan düşünülmüş və sistemli kampaniyanın tərkib hissəsi idi. Bu cür ictimai rəyi manipulyasiya etmək cəhdləri rəsmi təkziblə boşa çıxmışdır.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
