Azərbaycanın amfibiya təyyarəsi Türkiyədəki missiyasını tamamladı
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədəki meşə yanğınlarının söndürülməsinə köməklik göstərilməsi məqsədilə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi Azərbaycana qayıdıb.
Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 18 avqust 2024-cü il tarixindən meşə yanğınları ilə mübarizə tədbirlərinə qoşulan “BE-200ÇS” amfibiya tipli təyyarəsi Muğla-Ula, Bolu-Gerede, Uşak-Eşme, Akhisar-Taşkuyucak, Balıkesir-Edremit, Manisa-Alaşehir, İzmir-Urla, Berqama, Foça, Aliağa, Kemalpaşa-Kamberler istiqamətlərində yanğınsöndürmə əməliyyatlarını həyata keçirib:
“Meşə yanğınları ilə mübarizə tədbirləri çərçivəsində yanğın ocaqlarına ümumilikdə 400 tona yaxın su tökülüb. Qarşıya qoyulmuş tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirən və yerli yanğınsöndürmə qüvvələri ilə əlaqəli şəkildə yanğınların tam söndürülməsinə nail olan amfibiya təyyarəsi bu gün saat 14:40 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib”.
#Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) teqi istifadə olunub
- Xilasetmə əməliyyatının görünməyən qəhrəmanları | FHN əməkdaşlarının şücaəti - Baku TV
- FHN və "Azneft" təhlükəli obyektlərdə nəzarətin gücləndirilməsini müzakirə etdi - Baku TV
- Abşeronda evdə partlayış: yaralıların vəziyyəti haqqında TƏBİB-dən açıqlama - Baku TV CANLI
- Yanğınsöndürənlərin gərgin mübarizəsi davam edir - Baku TV
- Sel və daşqın təhlükəsi: FHN-dən xəbərdarlıq! - Baku TV CANLI
