Azərbaycanın bərpaolunan enerji sahəsindəki imkanları barədə fikir mübadiləsi aparılıb
Azərbaycan Prezidenti İlham Əliyev Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində dünyanın ən iri alternativ investisiya şirkətlərindən biri olan "Brookfield Asset Management"in baş icraçı direktoru Brüs Flətt ilə görüşüb. Baku TV-nin süjetində qeyd olunur ki, görüşdə Azərbaycanın bərpaolunan enerji sahəsindəki geniş imkanları və ölkəmizin regional enerji mərkəzinə (habına) çevrilməsi perspektivləri əsas müzakirə mövzusu olub. Brüs Flətt Azərbaycanın iqtisadi nailiyyətlərini və Ermənistanla münasibətlərin normallaşması istiqamətində əldə olunan sülh irəliləyişlərini yüksək qiymətləndirib. Dövlət başçısı isə Azərbaycanın yaşıl enerji keçidi strategiyasının qlobal investorlar üçün cəlbedici olduğunu və bu sahədə uzunmüddətli strateji tərəfdaşlıq üçün hər bir şəraitin yaradıldığını vurğulayıb.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident İlham Əliyev "Brookfield Asset Management"in icraçı direktorunu qəbul edib - Baku TV
- “Global Infrastructure Partners”in rəhbəri Bakıda | Nələr müzakirə edildi? - Baku TV
- İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul etdi - Baku TV
- Dünyanın nüfuzlu investisiya şirkətinin rəhbəri Azərbaycanda - Baku TV
- Tacikistanın Baş naziri Prezident İlham Əliyevin qəbulunda - Baku TV
