Azərbaycanın nümayəndə heyəti Türkiyəyə niyə səfər edəcək? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycandan olan nümayəndə heyəti ölkəmizin COP29 təcrübələlərini bölüşmək üçün Türkiyəyə səfər edəcək”.
Bunu Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un Azərbaycan üzrə baş danışıqçısı Yalçın Rəfiyev jurnalistlərə açıqlamasında deyib.
“Bildiyiniz kimi, Türkiyənin COP31-ə ev sahibliyi haqqını qazanması üçün Azərbaycan vasitəçilik edib. Azərbaycandan sonra regionumuzda Türkiyənin bu tədbirə ev sahibliyi etməsi regionumuzda ekologiyaya diqqətin artmasına səbəb olacaq.
Biz bu sahədə uğurlu təcrübələri olan bir dövlət kimi Türkiyə tərəfinə öz dəstəyimizi təklif etmişik. Türkiyə tərəfi də bunda maraqlıdır. Yaxın zamanda Türkiyəyə nümayəndə heyətimizin səfər etməsi planlaşdırılır və bu səfər çərçivəsində öz təcrübəsini qardaş ölkə ilə bölüşəcək”, – deyə Yalçın Rəfiyev bildirib.
#Türkiyə teqi istifadə olunub
- Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti
- Ankara hərəkətə keçdi
- Türkiyədə sosial şəbəkələrlə bağlı yeni qadağa qüvvəyə minir - Baku TV CANLI
- Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV
- Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV
