Azərbaycanın sədrliyi altında Qoşulmama Hərəkatının uğurları
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qorudu”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda Nazirlər görüşündə söyləyib.
Üzv ölkələrin yekdil qərarı ilə Azərbaycanın 2019-2022-ci illər üçün sədrliyi öz üzərinə götürdüyünü xatırladan dövlət başçısı deyib ki, beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, bu çağırışla mübarizədə qlobal səyləri birləşdirən məhz Qoşulmama Hərəkatı olub.
“Qoşulmama Hərəkatının institusional inkişafı, xüsusən də müvafiq olaraq 2021-ci və 2022-ci illərdə Hərəkatın Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının yaradılması Azərbaycanın sədrliyinin növbəti nailiyyətidir. Biz hazırda Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində işləyirik. İnstitusional davamlılığa doğru atılan bu addımlarla biz növbəti sədrlərə mütləq uğurlu bir miras qoyacağıq”, – deyə dövlət başçısı qeyd edib.
#Qoşulmama Hərəkatı teqi istifadə olunub
- Qlobal Cənubun lideri hansı ölkədir? | Azərbaycan üçün vacib prinsiplər
- Qoşulmama Hərəkatından COP29-a uzanan uğurun sirri
- İlham Əliyev Qoşulmama Hərəkatına ölkəmizin dördillik sədrlik dövründən danışdı
- Azərbaycanın hansı təşəbbüsünü ölkələr dəstəklədi? | XİN məlumat yaydı
- Azərbaycan Qoşulmama Hərəkatında hansı məsələlərin həllinə nail oldu?
