Azərbaycanın yeni diplomatik prioriteti - Türk Dövlətləri Təşkilatı | GLOBAL PANORAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV-nin “Global Panorama” verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki sayında Türk Dövlətləri Təşkilatından bəhs olunub.
Qeyd edilib ki, SSRİ-nin dağılması ilə müstəqillik qazanan azərbaycanlılar, özbəklər, qazaxlar, türkmənlər və qırğızlar bir-birlərinə sadəcə qonşu xalqlar kimi yanaşırdılar. Onları birləşdirən əsl dəyərdən, malik olduqları kökdən sanki xəbərsiz idilər:
“Tədricən bu xalqlar əslində eyni dildə – Türk dilində danışdıqlarını anladılar və necə deyərlər, öz köklərinə qayıtdılar. Beləliklə, dünyanın siyasi, iqtisadi, mədəni və humanitar xəritəsinə türk dövlətləri məfhumu daxil oldu”.
Həmçinin vurğulanıb ki, Avrasiyanın mərkəzində yeni geosiyasi mənzərə formalaşmaqdadır:
“Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan türkdilli dövlətlər arasında əlaqələri gücləndirmək məqsədi daşıyan strateji təşəbbüsə rəhbərlik edir. Türk Dövlətləri Təşkilatı ətrafında cərəyan edən bu təşəbbüs təkcə regional əməkdaşlığı nəzərdə tutmur, o həm də vahid Türk dünyası yaratmağa hesablanıb.
2009-ci ildə imzalanan Naxçıvan Sazişi ilə əsası qoyulan bu təşkilat üzvləri arasında qarşılıqlı etimadı, sülhü və rifahı təşviq etmək üçün dinamik foruma çevrilib”.
#Türk Dövlətləri Təşkilatı teqi istifadə olunub
- Rəcəb Tayyib Ərdoğandan İlham Əliyevə telefon zəngi | Nələr müzakirə olundu? - Baku TV
- Dövlət Baxçalı Türkiyə və Azərbaycanın arasını vurmaq istəyənlərə səsləndi - Baku TV
- Bakıda Türk dünyasının təhlükəsizliyi müzakirə olundu - YEKUNLAŞDIRAQ
- İlham Əliyev TDT ölkələrini mövcud təhdidlərə qarşı birliyə çağırdı - Baku TV CANLI
- Türk dünyasının 35 illik müstəqillik salnaməsi - Baku TV
