Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq genişləndirilir
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan və Türkiyə “Bir millət, iki dövlət” kimi 44 günlük müharibədən sonra da “Tək ordu, tək yumruq və tək ürək” olaraq əməkdaşlığını inkişaf etdirir, lazımi layihələri həyata keçirir”.
Bu barədə Azərbaycanda səfərdə olan Türkiyənin keçmiş milli müdafiə naziri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) müdafiə komitəsinin sədri Hulusi Akar Şəhidlər xiyabanını ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bəziləri Ermənistanı proksi-dövlətə çevirmək istəyir:
“Əgər Ermənistan bu səhv yola girərsə, İkinci Qarabağ müharibəsində olduğu kimi, yenə ağır nəticə ilə üzləşəcək. Buna imkan verməmək lazımdır. Bizim üçün vacib olan sülh, sabitlik və Qafqazın gələcəyidir”.
H.Akar söyləyib ki, Ermənistan Azərbaycanın uzatdığı sülh əlini tutmalıdır:
“Regiona ən qısa vaxtda sülh və sabitlik gəlməlidir. Bunun üçün səy göstəririk. Təhriklərin, təzyiqlərin Ermənistana və bölgəyə heç bir xeyri yoxdur”.
Keçmiş nazir qeyd edib ki, Türkiyə və Azərbaycan əməkdaşlığı davam etdirir: “Müdafiə sənayesi sahəsində əməkdaşlığımız sıx şəkildə davam edir”.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
