Azərbaycanlıların öz evlərinə qayıdışı yaxın müddətdə baş verə bilər | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
“Qərbi Azərbaycan məsələsi beynəlxalq gündəmə daxil edildi” adlı süjetdə Prezident İlham Əliyevin ötən il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışı zamanı azərbaycanlıların öz tarixi yurdlarına qayıdacaqları ilə bağlı söylədiyi fikirlərdən, Qərbi Azərbaycan İcmasının beynəlxalq təşkilatlara ünvanladığı məktublara verilən cavablardan sonra Ermənistan mətbuatında yayılan məlumatlardan bəhs olunub.
Bildirilib ki, dövlət başçısı Qərbi Azərbaycana qayıdışla bağlı prioritet hədəfləri müəyyənləşdirib:
“Bu hədəflərdən ən vacibi Qərbi Azərbaycana qayıdışın – tarixi ədalətin bərpa edilməsinin beynəlxalq gündəmə çıxarılması və qəbul etdirilməsi idi. 2023-cü ildə azərbaycanlıların tarixi yurduna qayıdışı istiqamətində görülən işlər Qərbi Azərbaycan məsələsinin artıq beynəlxalq gündəmdə qəbul edilməsi ilə nəticələndiyini deməyə əsas verir”.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV
- Zəngəzurun tarixi kəndi necə məhv edildi? | Etnik təmizləməyə məruz qalan tarixi məkan
- Daşkörpü qəbiristanlığında aşkarlanan məzardaşları nəyi göstərir? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Daşkörpünün bir əsrlik tarixi: kəndin taleyi necə dəyişdi? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Daşkörpüdə tapılan qəbiristanlıq hansı həqiqətləri üzə çıxarır? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
