Bakı ilə münasibətlərdə dollardan uzaqlaşırıq | Rusiyalı səfir danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbin sanksiyaları Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın möhkəmlənməsinə mühüm təsir göstərib”.
Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov deyib.
“Biz 2023-cü ildə Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 4 milyard dollara çatacağını proqnozlaşdırırdıq. Səhv etmişik, 4,4 milyard dollar – 17% artım oldu. Bu qədər artım nəyinsə Azərbaycan üzərindən təkrar ixracı deyil, bunlar xüsusən böyük sənaye kooperasiya layihələridir. Sanksiyalar əlaqələrimizin daha da yaxınlaşmasına səbəb oldu, biz sənaye əməkdaşlığı sahəsində çox ciddi layihələr həyata keçiririk”, – M.Yevdokimov bildirib.
Onun sözlərinə görə, bu ilin əvvəlində Rusiya və Azərbaycan milli valyutalarından istifadə 54%-i ötüb:
“Yəni biz Bakı ilə münasibətlərimizdə dollar və avrodan uzaqlaşırıq. Rublun manata konvertasiyası müəyyən edilib. Bu məqsədlə Azərbaycan və Rusiya bankları arasında birbaşa texniki xətlər yaradılıb”.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
