“Bakı Metropoliteni”nə tramvay nəqliyyatının təşkil edilməsi ilə bağlı səlahiyyət verilib - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
"Bakı Metropoliteni" QSC-yə tramvay nəqliyyatının təşkil edilməsi ilə bağlı səlahiyyət verilib.
Bu, Prezident İlham Əliyevin imzaladığı "Bakı Metropoliteni" QSC-nin yenidən təşkili və bununla əlaqədar bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında fərmanda öz əksini tapıb.
Fərmana əsasən, Metropoliten ictimai nəqliyyat sahəsində sərnişindaşıma üzrə xidmətlər göstərilməsini, onların keyfiyyətinin və təhlükəsizliyinin yüksəldilməsini, həmin xidmətlərin təşkili və gediş haqqının ödənilməsi üzrə innovativ və rəqəmsal həllərin tətbiqini, habelə bu sahədə yeni nəqliyyat infrastrukturu obyektlərinin, terminalların və digər qurğuların, eləcə də taksi və avtobuslara texniki xidmət göstərən texniki-təmir sahələrinin və stansiyalarının layihələndirilməsini və tikintisini, maddi-texniki bazanın gücləndirilməsini və müasirləşdirilməsini, həmçinin müxtəlif nəqliyyat növləri üzrə xidmətlərin qarşılıqlı inteqrasiyasını, vahid mərkəzdən idarə olunmasını və əlaqələndirilməsini təmin edən kommersiya hüquqi şəxsidir.
#Bakı Metropoliteni teqi istifadə olunub
- Bakı metrosunda sərnişinlər üçün yenilik | Stansiyada hansı işlər görülüb - ƏSAS XƏBƏR
- Metronun bu stansiyasında daha hansı işlər görülüb? - “Məkik hərəkət ləğv ediləcək” - Baku TV
- Sərnişinlərin nəzərinə | Metroda sizi hansı dəyişiklik gözləyir? - Baku TV CANLI
- Yeni nəqliyyat layihəsi şəhərdə gediş-gəlişi necə dəyişəcək? - ANA XƏBƏR
- Paytaxtda yeni nəqliyyat layihəsi | Kanatla sərnişindaşıma tıxacları azalda bilər? - Baku TV
