Bakı Təşəbbüs Qrupu bu günə kimi gördüyü işlərdən danışdı | Təşkilatımız təzyiqlərə baxmayaraq...
Yeniliklərdən dərhal xəbərdar olun
“Bakı Təşəbbüs Qrupu müstəmləkəçilikdən əziyyət çəkən bütün xalqlara müstəqillik uğrunda mübarizələrində dəstək göstərəcək”.
Bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Boneyr İnsan Hüquqları və Dəyişiklik naminə Hərəkatı ilə birgə təşkilatçılıq çərçivəsində keçirilən “Boneyr adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” adlı konfransda iştirakçılarını BTQ haqqında məlumatlandırarkən deyib.
“Burada müstəmləkəçiliyin siyasi, iqtisadi və mədəni nəticələrini və müstəmləkələşdirilmiş bölgələrdə insan hüquqlarının pozulmasını müzakirə edirik. Biz indiyədək dekolonizasiyaya həsr olunmuş bir neçə hesabat dərc etmişik. Təşkilatımız Yeni Kaledoniya, Fransız Polineziyası, Martinik, Qvadelupa, Fransız Qvianası, Korsika kimi yerlərdə Fransanın müstəmləkəçilik siyasətinin nəticələri barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması istiqamətində mühüm işlər görüb”, – o əlavə edib.
BTQ-nin rəhbəri vurğulayıb ki, təşkilatlarının hərtərəfli və uğurlu fəaliyyəti müstəmləkələşmiş regionlardakı mövcud vəziyyətlə bağlı dünya ictimaiyyətinin məlumatlılığını ardıcıl olaraq artırıb və artırmaqda davam edir:
“Biz Birləşmiş Millətlər Təşkilatı kimi beynəlxalq platformalar vasitəsilə qlobal ictimaiyyətin məlumatlılığını artırmağa davam edirik. Boneyr xalqının öz müqəddəratını təyinetmə hüququ əsasdır. Təşkilatımız hər cür təzyiqlərə baxmayaraq, müstəmləkəyə çevrilmiş bölgələrin öz müstəqillikləri uğrunda ədalətli mübarizəsini dəstəkləməyə davam edəcək”.
#Bakı Təşəbbüs Qrupu teqi istifadə olunub
- Bakı Təşəbbüs Qrupu müstəmləkəçilikdən əziyyət çəkən xalqlara dəstəyini davam etdirəcək - Baku TV
- Parisdəki etirazlarda hüquq və azadlıqların qorunması tələb olunur - Baku TV
- Belçikanın müstəmləkə keçmişi Bakıda müzakirə olundu - Baku TV
- Müstəmləkəçilik tarixi yenidən gündəmdədir | Ruanda səfiri BTQ-nin rolunu önə çəkib - Baku TV
- Bakıda Afrika reallıqları müzakirə olunub | Belçika ilə bağlı ağır iddia səsləndirilib - Baku TV
