Bakı Təşəbbüs Qrupunun beynəlxalq tədbirlər keçirməsində məqsədi
Yeniliklərdən dərhal xəbərdar olun
“Bakı Təşəbbüs Qrupunun tədbirlərin keçirilməsində əsas məqsədlərindən biri kolonializmin cari vəziyyəti ilə bağlı dünya ictimaiyyətini düzgün şəkildə məlumatlandırmaqdır. Digər məqsədi isə beynəlxalq təşkilatları təşviq etməkdir ki, bu kimi məsələlərə diqqət ayrılsın”.
Bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Baku TV-yə açıqlamasında deyib.
“Artıq Birləşmiş Millətlər Təşkilatı ekspertləri Fransa Dənizaşırı ərazilərində, məsələn, Yeni Kaledoniyada baş verən hadisələrə reaksiyalar verməyə başlayıblar. Digər aidiyyəti təşkilatların da reaksiyalarını müşahidə edirik.
Biz dekolonizasiya ilə bağlı bu kimi regionlara öz dəstəyimizi davam etdirəcəyik. Onlara yalnız siyasi müstəvidə deyil, səhiyyə, təhsil sahəsində fərqli istiqamətlərdə dəstək göstəririk ki, öz müqəddəratlarına qovuşsunlar və müstəqil dövlətlərini qura bilsinlər”, – o qeyd edib.
#Bakı Təşəbbüs Qrupu teqi istifadə olunub
- Bakı Təşəbbüs Qrupu müstəmləkəçilikdən əziyyət çəkən xalqlara dəstəyini davam etdirəcək - Baku TV
- Parisdəki etirazlarda hüquq və azadlıqların qorunması tələb olunur - Baku TV
- Belçikanın müstəmləkə keçmişi Bakıda müzakirə olundu - Baku TV
- Müstəmləkəçilik tarixi yenidən gündəmdədir | Ruanda səfiri BTQ-nin rolunu önə çəkib - Baku TV
- Bakıda Afrika reallıqları müzakirə olunub | Belçika ilə bağlı ağır iddia səsləndirilib - Baku TV
