Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli görüş keçirilib.
Görüşdə regionun təhlükəsizliyinə təhdid törədə biləcək amillərlə mübarizədə səylərin birləşdirilməsinin vacibliyi qeyd olunub.
Müdafiə nazirləri üçtərəfli təlim və treninqlərin əhatə dairəsinin genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıblar. Müdafiə sahəsində üçtərəfli əməkdaşlığın genişlənməsinin sadəcə ölkələrimiz üçün deyil, eləcə də bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə də öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.
Görüşdə hərbi, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər aspektlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Sonda media nümayəndələri üçün mətbuat konfransı keçirilib və üçtərəfli görüşün yekununa dair protokol imzalanıb.
#Türkiyə Milli Müdafiə Nazirliyi teqi istifadə olunub
- Yunanıstanın hərbi addımı nəyə hazırlıqdır?
- “Yıldırımhan” adlı qitələrarası ballistik raket 6000 km məsafədəki hədəfləri vura biləcək
- Türk Korpusu üçün regional qərargahın yaradılması nəzərdə tutulur | Zəki Aktürk
- Türkiyəyə ballistik raket atılmasını qətiyyətlə pisləyirik | Azərbaycan Müdafiə Nazirliyi
- NATO-nun ordusu savaşa qoşulur? | Türkiyə MN-dən raket hücumu barədə açıqlama - Baku TV
