Bakıdakı toplantının önəmi | TDT-nin “Xəritəçilik İşçi Qrupu”nun iclası barədə detallar - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda Türk Dövlətləri Təşkilatının “Xəritəçilik İşçi Qrupu”nun 2-ci iclası keçirilib.
İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, eləcə də müşahidəçi statusunda olan Macarıstan və Şimali Kipr Türk Respublikasının geodeziya, kartoqrafiya, yerquruluşu, kadastr, yerin məsafədən tədqiqi və coğrafi informasiya sistemləri üzrə müvafiq qurumlarının nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov keçirilən iclasın regional səviyyədə vahid standartların tətbiqi, ortaq tematik xəritələşmə işlərinin genişlənməsi üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Tədbir 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü və Ümumdünya Şəhərsalma Forumu ərəfəsində ölkəmizin geodeziya, kartoqrafiya və coğrafi informasiya sistemləri sahəsində əməkdaşlığını gücləndirməklə yanaşı, ətraf mühitin mühafizəsi və davamlı idarə olunması naminə atdığı ardıcıl addımları nümayiş etdirir.
#Türk Dövlətləri Təşkilatı teqi istifadə olunub
- Rəcəb Tayyib Ərdoğandan İlham Əliyevə telefon zəngi | Nələr müzakirə olundu? - Baku TV
- Dövlət Baxçalı Türkiyə və Azərbaycanın arasını vurmaq istəyənlərə səsləndi - Baku TV
- Bakıda Türk dünyasının təhlükəsizliyi müzakirə olundu - YEKUNLAŞDIRAQ
- İlham Əliyev TDT ölkələrini mövcud təhdidlərə qarşı birliyə çağırdı - Baku TV CANLI
- Türk dünyasının 35 illik müstəqillik salnaməsi - Baku TV
