Bakıdan Ukraynaya humanitar yardım | "Sumqayıt Texnologiyalar Parkı"ndan bağlantı
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynaya elektrik avadanlıqlarından ibarət humanitar yardımın ikinci hissəsi bu gün Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınır.
Yardımla bağlı jurnalistlərə açıqlama verən Energetika Nazirliyinin şöbə müdiri Ələsgər Həsənov bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında iki hissədə göndərilmiş humanitar yükə ümumilikdə 52 min metrdən çox elektrik kabeli və naqil, habelə 17 ədəd transformator daxildir:
“Yardımın təşkili məqsədilə bir milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb və onun birinci hissəsi bu il fevralın 7-də göndərilib. Mövcud vəziyyətlə əlaqədar Azərbaycan tərəfindən Ukraynaya göstərilmiş yenidənqurma və humanitar məqsədli yardımların ümumi məbləği 40 milyon ABŞ dollarını keçib”.
O qeyd edib ki, bu günədək elektrik avadanlıqları qismində 134 ədəd transformator və komplekt transformator məntəqəsi, 70-ə yaxın generator, habelə təxminən 3, 4 milyon metr elektrik kabeli və naqil humanitar yardım kimi Ukraynaya yola salınıb. Ukrayna tərəfindən daxil olmuş müraciətə əsasən, qeyd edilən avadanlıqlar müharibədən zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası üçün nəzərdə tutulur.
#Ukrayna teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
