Baydenin namizədi təsdiqləndi: Azərbaycana yeni səfir təyini
Yeniliklərdən dərhal xəbərdar olun
Mark Libbi ABŞ-nin Azərbaycandakı yeni səfiri təyin olunub.
Bununla bağlı Senatda səsvermə keçirilib və onun namizədliyi təsdiqlənib.
Qeyd edək ki, ABŞ-nin Azərbaycandakı səfirinin fəaliyyət müddəti ötən ilin iyulunda başa çatıb. 2022-ci ilin may ayının 25-də ABŞ Prezidenti Cozef Bayden diplomatın Azərbaycana səfir təyin edilməsi ilə bağlı Konqresin Xarici Əlaqələr Komitəsinə təklif irəli sürüb.
Baydenin Azərbaycana səfir namizədi Mark Libbi Vaşinqtondakı Milli Hərbi Kollecdə çalışıb. Libbi 2021-ci ilin iyun ayınadək ABŞ-nin Brüsseldə Avropa İttifaqı yanındakı missiyasında müvəqqəti işlər vəkili, missiya rəhbərinin müavini işləyib. O həmçinin müxtəlif vaxtlarda Varşava, Nassau, Nikosiya və Bağdadda siyasi müşavir olub.
#ABŞ səfirliyi teqi istifadə olunub
- Venesuelada azad seçkilər tələbi ilə nümayiş keçirildi
- Emi Karlondan ABŞ-Azərbaycan əməkdaşlığı ilə bağlı paylaşım - Baku TV
- İraqdakı ABŞ universitetlərinə hücumlar gözlənilir? - Baku TV CANLI
- Trampdan sərt açıqlama | ABŞ cavab olaraq nə edəcək? - Baku TV
- "Türkiyə olmasaydı, Qəzzada atəşkəs olmazdı" | Xəzər dənizindən Aralıq dənizinədək əməkdaşlıq
