Bələdiyyə seçkiləri ilə bağlı hansı dəyişiklik edildi? | Detallar açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda yeni seçiləcək bələdiyyənin tərkibinin ilk iclasının keçirilməsi və sədrin seçilməsi ilə bağlı qaydalar təsdiqlənib.
Bu, Prezident İlham Əliyevin “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlara təklif edilən dəyişikliklə mümkün olub.
Yeniliyə əsasən, yeni seçilən bələdiyyənin ilk iclası Mərkəzi Seçki Komissiyası tərəfindən bələdiyyə seçkilərinin yekunları elan edildikdən sonra beş iş günü müddətində keçiriləcək.
Bələdiyyənin ilk iclasında bələdiyyənin sədri seçilənədək yaşı daha çox olan üzv iclasa sədrlik edəcək. İclasa sədrlik edən bələdiyyəyə üzv seçilmiş şəxslərin siyahısını elan edəcək, ilk iclası bələdiyyə sədri və iclas katibi seçilənədək aparacaq.
Bələdiyyənin sədri açıq və ya gizli səsvermə yolu ilə seçiləcək. Bələdiyyənin sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda seçilmiş hesab olunacaq.
İlk toplantıda bələdiyyə sədri və iclas katibi seçildikdən sonra iclasın gündəliyi təsdiq ediləcək.
#Bələdiyyə seçkiləri teqi istifadə olunub
- Makron gedir, mübarizə başlayır: Fransada böyük siyasi yarış
- Gürcüstanda xaos | Etirazçılar hansı yollara əl atdı?
- Gürcüstanda özünüidarəetmə orqanlarına seçkilər keçirilir
- ATƏT Gürcüstana müşahidəçi göndərmir | Politoloqlardan diqqətçəkən şərhlər
- Gürcüstanda bələdiyyə seçkiləri öncəsi gərginlik yaşandı
