Pleyeri seçin:

Beninin yeni səfiri İlham Əliyevin qəbulunda | Nələr müzakirə edildi?

14 oktyabr 2024 287 baxış

Prezident İlham Əliyev oktyabrın 14-də Benin Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Akambi Andre Okunlola-Biaunun etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Dövlət başçısı ikitərəfli gündəliyimizin genişləndirilməsinin zəruriliyini qeyd edərək Azərbaycanın Afrika qitəsində fəal iş apardığını, Afrika İttifaqında səfirliyimizin fəaliyyət göstərdiyini, bu təşkilatla əlaqələrimizi hərtərəfli şəkildə genişləndirməkdə maraqlı olduğumuzu deyib.

Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi dövründə də Beninlə əməkdaşlığı məmnunluqla xatırladıb, Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyinə göstərdiyi dəstəyə görə Beninin üzv dövlət kimi rolunu qeyd edib.

Bu Hərəkata sədrliyin Afrika ölkələri ilə də sıx təmaslar qurmaq üçün yaxşı imkan yaratdığını deyən dövlət başçısı COP29-un da bu ölkələrlə əməkdaşlıq baxımından önəminə toxunub. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan Afrika ölkələrinin iqlim məsələləri ilə bağlı maraqlarına önəm verir.

Dövlət başçısı ölkələr arasında iqtisadi-ticari, kənd təsərrüfatı, təhsil və digər sahələrdə əməkdaşlığın perspektivlərinə toxunub.

Xoş sözlərə görə minnətdarlığını bildirən səfir Benin Respublikasının Prezidenti Patris Talonun salamlarını Azərbaycan Prezidentinə çatdırıb və deyib ki, Benin Prezidenti dövlət başçısına dost münasibət bəsləyir.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Benin Prezidentinə çatdırmağı xahiş edib və məmnuniyyətlə COP29-da Benin dövlətinin başçısını gözlədiyini bildirib.

COP29 və ölkədə bu tədbirlə bağlı uğurlu hazırlıq işlərinin aparılması münasibətilə təbriklərini çatdıran səfir Azərbaycanın noyabrda dünyanın mərkəzinə çevriləcəyini qeyd edib və COP29-da Beninin yüksək səviyyədə təmsil olunmaq niyyətində olduğunu vurğulayıb.

Akambi Andre Okunlola-Biau Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu sədrliyi münasibətilə təbriklərini çatdıraraq ölkənin sədrliyi dövründə Afrika qitəsinə xüsusi diqqət göstərilməsini məmnunluqla qeyd edib.

Söhbət zamanı beynəlxalq təşkilatlar, xüsusən də BMT, Qoşulmama Hərəkatı və digər təsisatlar çərçivəsində Azərbaycanla Benin arasında yaxından əməkdaşlığın aparıldığı vurğulanıb, ölkələrimizin BMT-də və onun strukturlarında daim bir-birinin namizədliklərini dəstəklədikləri qeyd olunub.

Banner
İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV

İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV

Siyasət
25 oktyabr 2026 287 baxış
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib

Siyasət
25 oktyabr 2026 287 baxış
İlham Əliyev və ailə üzvləri FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyiblər - Baku TV

İlham Əliyev və ailə üzvləri FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyiblər - Baku TV

Siyasət
25 oktyabr 2026 287 baxış
İlham Əliyev və birinci xanım dünya çempionatının və festivalının açılış mərasimində iştirak ediblər

İlham Əliyev və birinci xanım dünya çempionatının və festivalının açılış mərasimində iştirak ediblər

Siyasət
24 oktyabr 2026 287 baxış
Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 287 baxış
Təzyiqlərə qarşı ortaq mövqe

Təzyiqlərə qarşı ortaq mövqe

Siyasət
24 oktyabr 2026 287 baxış
“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

Siyasət
24 oktyabr 2026 287 baxış
Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 287 baxış
Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Siyasət
24 oktyabr 2026 287 baxış
Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Siyasət
24 oktyabr 2026 287 baxış
Seçilmişlər
icon