Pleyeri seçin:

Beynəlxalq hüququn bizə verdiyi imkanlardan istifadə etməliyik | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

12 fevral 2024 352 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Verilişin budəfəki qonağı Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Hikmət Babaoğlu olub.

Millət vəkili doğulub boya-başa çatdığı, uşaqlıq və yeniyetməlik illərini yaşadığı Amasiya rayonunun Göllü kəndindən danışıb. Qardaş Türkiyə ilə sərhəd olan bu yaşayış məntəqəsinin tarixindən, zəhmətkeş sakinlərinin həyat tərzindən söhbət açan H.Babaoğlu oradakı adət-ənənələrə, qışa hazırlıq mərasimlərinə, elm və təhsilə olan marağa diqqət çəkib.

O dövrdə ermənilərin azərbaycanlılara qarşı təzyiqlərinin hər sahədə özünü göstərdiyini vurğulayan millət vəkili orta məktəbdə təhsil alarkən qəsdən imtahan qiymətlərinin aşağı yazıldığını, bununla da qızıl medal almasına maneə törədildiyini qeyd edib. Deyib ki, idman yarışlarında da azərbaycanlı məktəblilər qəsdən uduzdurulur, qalib gəlməsinə imkan verilmirdi.

Deputat H.Babaoğlu ata-babalarının ötən əsrdə bir neçə dəfə deportasiyaya, sürgünə məruz qaldığını da diqqətə çatdırıb. Bildirib ki, Göllü kəndi Türkiyə ilə yaxın yaşayış məntəqəsi olduğu üçün SSRİ dövründə azərbaycanlı sakinlərə ermənilər tərəfindən casus damğası vurulub, soydaşlarımız nahaq yerə həbs olunub, sürgün edilib, hətta bəzi hallarda güllələnməyə məruz qalıblar.

O, ötən əsrin əvvəllərində Andranik Ozanyanın öz quldur dəstələri ilə Amasiya rayonunun bir çox kəndlərində qətliamlar, talanlar törətdiyini, yaşayış məntəqələrini yandıraraq xarabalığa çevirdiyini söyləyib.

Banner
Zelenski G20 sammitində iştirak edəcək? | Bakı-İrəvan sülh prosesi müzakirə olunub - YENİ BİR SƏHƏR

Zelenski G20 sammitində iştirak edəcək? | Bakı-İrəvan sülh prosesi müzakirə olunub - YENİ BİR SƏHƏR

Siyasət
02 noyabr 2026 352 baxış
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

Siyasət
01 noyabr 2026 352 baxış
Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Siyasət
01 noyabr 2026 352 baxış
Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Siyasət
31 oktyabr 2026 352 baxış
Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Siyasət
31 oktyabr 2026 352 baxış
İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

Siyasət
30 oktyabr 2026 352 baxış
Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
30 oktyabr 2026 352 baxış
Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Siyasət
30 oktyabr 2026 352 baxış
Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Siyasət
30 oktyabr 2026 352 baxış
"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

Siyasət
30 oktyabr 2026 352 baxış
Seçilmişlər
icon