"Beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" | İlham Əliyev - Baku TV
“Bu günə kimi görülən işlər gələcək inkişafın əsas şərtlərini formalaşdırıb. Bunlar edilməsəydi, sabit iqtisadiyyat və müstəqil iqtisadi sistem olmasaydı, gələcək haqqında danışmaq çox çətin olardı”.
Bu sözləri Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna dair tədbirdə çıxışı zamanı deyib.
Dövlət başçısı əldə olunan müsbət dinamikanın qorunmasının vacibliyini vurğulayıb:
“Bu müsbət təkanı qoruyub saxlamalıyıq. Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanın iqtisadiyyatının müxtəlif sektorlarında ölkəni etibarlı tərəfdaş kimi görürlər. Artıq ölkədə çox yaxşı investisiya mühiti var. Son 20 ildə biz 300-350 milyard dollar investisiya toplamışıq. Onların yarısı birbaşa xarici investisiyalardır”.
Prezident qeyd edib ki, qarşıdakı dövrdə əsas məqsədlərdən biri iqtisadiyyatın neft-qaz sektorundan kənar sahələrində potensialın gücləndirilməsi və dayanıqlı inkişafın təmin edilməsidir.
#İlham Əliyev teqi istifadə olunub
- "Yeni müqavilələr imzalanıb" | Prezident İlham Əliyev ixrac məsələsindən danışdı - Baku TV
- İqtisadi sahədə ölkəmiz üçün prioritetlər | "Uzun müddətdir ki, bunun üzərində işləyirik" - Baku TV
- "Özümüzü nə qədər tərifləsək..." | Prezidentin iştirak etdiyi forumda diqqətçəkən anlar - Baku TV
- II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda hansı məsələlər müzakirə olundu? - Baku TV
- "Bu, Azərbaycanda qaz istehsalını artıracaq" | Prezident tədbirdə nələri açıqladı? - Baku TV
