Beynəlxalq təşkilat nümayəndəsi göstərilən yardımı yetərsiz saydı
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycana minatəmizləmə sahəsində göstərilən yardım yetərli deyil".
Bunu "LİNKS Europe" təşkilatının direktoru Dennis Sammut dekabrın 4-də Bakıda keçirilən "Cənubi Qafqazda mina qurbanları ilə həmrəylik: Cənubi Qafqazda minaların və onların nəticələrinin ləğvi strategiyasının mühüm sütunu” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
“Biz çalışmalıyıq ki, hər bir ölkə məsələyə regional yanaşsın və birgə işləsinlər. İstərdik ki, Cənubi Qafqaz ölkələri Ottava Konvensiyasına qoşulmaq barədə düşünsünlər. Bu sənəd minalardan istifadəni və istehsalı qadağan edir. Biz minasız Cənubi Qafqaz üçün addımlar atmalıyıq.
Səbəb də odur ki, Azərbaycana minatəmizləmə sahəsində göstərilən yardım, görülən işlər problemin çərçivəsinə adekvat deyil. Gələn il donor təşkilatları Azərbaycana dəvət edəcək və problemlə əlaqədar mümkün qədər daha böyük işlərin görülməsinə çağırışlar edəcəyik", – o vurğulayıb.
