Pleyeri seçin:

Böyük Britaniya ilə əməkdaşlıq Azərbaycan Ordusunu necə dəyişdirəcək? - HƏRBİ XRONİKA

29 iyun 2026 358 baxış

“Hərbi xronika”nın budəfəki buraxılışında Azərbaycan və Böyük Britaniya arasında müdafiə və təhlükəsizlik sahəsində strateji əməkdaşlığın son illərdə əldə etdiyi inkişaf mərhələsi təhlil olunub.

Bildirilib ki, Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Normanın Silahlı Qüvvələr Günü münasibətilə verdiyi bəyanat Londonun Azərbaycanla müdafiə sahəsində tərəfdaşlığa böyük önəm verdiyini və bu əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi istiqamətində siyasi iradənin mövcud olduğunu göstərir.

Qeyd olunub ki, 2025-ci ilin sonunda Böyük Britaniyanın müdafiə naziri Lord Vernon Koakerin Bakıya səfəri, eləcə də 2026–2027-ci illəri əhatə edən İkitərəfli Müdafiə Əməkdaşlığı Planının imzalanması hərbi təhsil, qərargah hazırlığı, kibertəhlükəsizlik, hərbi tibb, müdafiə sənayesi və birgə təlimlər üzrə əməkdaşlığı yeni mərhələyə yüksəldib.

Vurğulanıb ki, Azərbaycan zabitlərinin Böyük Britaniyanın hərbi təhsil müəssisələrində hazırlıq keçməsi, NATO standartlarına uyğun əməliyyat planlaşdırılması sahəsində əməkdaşlıq, eləcə də “Defence Cyber Marvel” kimi beynəlxalq kibertəhlükəsizlik təlimlərində birgə iştirak iki ölkənin təhlükəsizlik tərəfdaşlığını daha da gücləndirib.

Diqqətə çatdırılıb ki, müdafiə sənayesi sahəsində texnologiya əməkdaşlığı, birgə istehsal imkanlarının müzakirəsi, Böyük Britaniyanın silah ixracı məhdudiyyətlərini aradan qaldırması və Bakıda daimi müdafiə attaşesinin fəaliyyətə başlaması hərbi-texniki əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar yaradıb.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 358 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 358 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 358 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 358 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 358 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 358 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 358 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 358 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 358 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 358 baxış
Seçilmişlər
icon