BP şirkəti otuz ildir bizim strateji tərəfdaşımızdır | İlham Əliyev
Yeniliklərdən dərhal xəbərdar olun
“Bu tədbir ölkə potensialının ilk beynəlxalq təqdimatı idi. Birinci Xəzər Neft və Qaz Sərgisinin keçirilməsindən bir neçə ay sonra – 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bu da ölkənin transformasiyasında dönüş nöqtəsi oldu”.
Bu sözləri Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində çıxış edərkən deyib.
Dövlət başçısı bildirib ki, “Əsrin müqaviləsi” imzalandıqdan sonra investorlarımızla çox məhsuldar münasibətlər qura bildik: “Məhz bunun nəticəsidir ki, BP şirkəti 30 ildir bizim strateji tərəfdaşımızdır və bundan sonra da ən azından 30 il ərzində strateji tərəfdaşımız olaraq qalacaq. 1994-cü ildə Birləşmiş Krallıqdan BP və ABŞ-dən “Amoco” beynəlxalq neft şirkətləri konsorsiumuna rəhbərlik edirdilər və onlar bizə etibar etdilər. Bura çox riskli bir ölkə idi, investorlar həmişə siyasi çətinliklərə və geosiyasətə qarşı həssasdırlar. Lakin onlar hökumətə və xalqa etibar etdilər. SOCAR və yaradılmış konsorsium arasında çox etibarlı əməkdaşlıq var idi”.
#BP şirkəti teqi istifadə olunub
- Özbəkistan Prezidenti SOCAR və BP rəsmiləri ilə görüşdü - Baku TV
- Mirziyoyev hansı məqamlara toxunub? | Bakı-Daşkənd əməkdaşlığı - Baku TV
- SOCAR və bp Özbəkistanda yeni kəşfiyyat imkanlarını qiymətləndirir - Baku TV
- Rövşən Nəcəf Qordon Birrel və Cio Kristofoli ilə görüşüb - Baku TV
- Operatorluğu SOCAR-a aid olan BTC boru kəməri ilə bağlı xərclər açıqlandı - Baku TV
