Bu, Anadolunu Orta Asiyaya bağlayan... | Hərbi ekspert Ankara bəyannaməsini şərh etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Yanvarın 29-u Ankarada Türkiyə, Azərbaycan və Özbəkistan arasında II üçtərəfli görüş keçirilib. Görüşün yekunlarına dair Ankara Bəyannaməsi imzalanıb.
Türkiyəli hərbi ekspert Yücel Karauz Baku TV-yə açıqlamasında bildirib ki, bu bəyannamə son 5 ildə türk dövlətləri arasında imzalanmış ən önəmli sənədlərdən biridir.
“Bu, Anadolunu Orta Asiyaya bağlayan vacib sənəddir. Zəngəzur və Qarabağa verilən dəstəyin yenilənməsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində alınan qərarların həyata keçirilməsi mühüm inkişafdır”, – o söyləyib.
Ekspertin sözlərinə görə, siyasi və mədəni fəaliyyətlərlə yanaşı, iqtisadi, ticari və investisiya əlaqələrinin inkişafı da olduqca önəmlidir:
“Bu istiqamətdə irəliləyiş əldə olunması üçün sənaye, kənd təsərrüfatı, innovasiya və rəqəmsallaşdırma sahələrinin əhəmiyyətinin vurğulanması Ankara Bəyannaməsini daha önəmli edir”.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
